ŞahdağTurizm Mərkəzi dağ-xizək kurortlarının onluğunda

 

ŞahdağTurizm Mərkəzi MDB ölkələrinin dağ-xizək kurortları üzrə tərtib edilmiş reytinqin ilk onluğunda yer alıb. Turizm xidməti sahəsində ixtisaslaşan travel.ru saytı yanvar ayı üçün MDB məkanı üzrə viza tələb olunmayan münasib (hoteldə qalmaq haqqı, nahars. xidmətlər nəzərə alınmaqla - oktogo.ru saytının məlumatına əsasən) dağ-xizək kurortlarının top-10 reytinqini tərtib edib.

Onluqda Rusiyanın Belokurixa (Altay), Zavyalixa (Çelyabinsk), Krasnaya Sopka (Kamçatka), Belarusun Loqoysk, Qırğızıstanın Qaragöl, Gürcüstanın Bakuriani, Qazaxıstanın Şımbulak, Özbəkistanın Çimqan, Ukraynanın Bukovel dağ-xizək kurortları da yer alıb. “Şahdağkompleksi siyahıda yeddinci yerdədir.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 16.