Mehmanxanalar qanun çərçivəsində sertifikatlaşmadan keçməlidir

 

Mədəniyyət və Turizm Nazirliyi həmişə çalışır ki, turizm sahəsində fəaliyyət göstərən təşkilatlarla və qurumlarla sıx əməkdaşlıq etsin, bu sahədə fəaliyyət üçün heç bir maneçilik olmasın. Bu fikri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsində lisenziyaların ləğvi barədə jurnalistlərin sualını cavablandırarkən söyləyib.

Nazir xatırladıb ki, lisenziyaların verilməsi internet vasitəsilə həyata keçirilirdi. Lakin bunun da müəyyən qədər çətinlikləri vardı. Bu səbəbdən də ölkə başçısı tapşırıq verdikdən sonra nazirliyin mütəxəssisləri Azərbaycan Turizm Assosiasiyasının üzvləri ilə birgə müzakirələr apardı və qərara alındı ki, lisenziyaların verilməsi indiki dövrdə məqsədəmüvafiq deyil.

Lakin bu o demək deyil ki, bu sahə tam diqqətdən kənarda qalacaq. Azərbaycanda bütün mehmanxanalar mütləq şəkildə qanun çərçivəsində sertifikatlaşmadan keçməlidir. Bu, lisenziya deyil. Amma hər hotelin öz xidmət dərəcəsi müəyyənləşdirilməlidir.

Qeyd edək ki, nazirlik tərəfindən mehmanxanaların təsnifatı Avropanın bir çox ölkələrində tətbiq olunanHotelStars Criteria 2010-2014” uyğun hazırlanmış “Mehmanxanamehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə” Azərbaycan Dövlət Standartına uyğun həyata keçirilir.

2015-ci ildə 57 mehmanxanamehmanxana tipli obyekt təsnifatdan keçərək onlara müvafiq ulduz dərəcələri verilib. Hazırda ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 100-dür. Onların 68-i Bakı şəhərində, 32-si digər şəhər və rayonlarda fəaliyyət göstərir. Təsnifatdan keçmiş mehmanxanamehmanxana tipli obyektlərin 25-i beşulduz, 53-ü dördulduz, 20-si üçulduz, 2-si isə ikiulduz kateqoriyasına uyğundur.

Nazir turizm səyahətləri ilə məşğul olmaq istəyən şirkətlərin fəaliyyətinə də aydınlıq gətirib. Bildirib ki, turizm şirkətlərinin bu gün müxtəlif yerlərə turistlər göndərməsi, orada hansısa xidmətlərin göstərilməsi müəyyən maliyyə riskləri ilə bağlıdır: “Bunun da öz mexanizmi var. Mexanizmondan ibarətdir ki, turizm səyahətləri ilə məşğul olmaq istəyən hər hansı şirkətin lisenziyası olmasa da, mütləq müəyyən bank hesablarında onların öz vəsaitlərinin təminatı olmalıdır”.

Ə.Qarayev vurğulayıb ki, artıq bununla bağlı qanunvericilik şəklində layihə təqdim edilib.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 9.