Rus Dram Teatrının aktrisası mükafatlandırılıb

 

Əməkdar artist Rita Əmirbəyova 60 illik yubileyi münasibətilə teatr sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olan Rita Əmirbəyova ömrünün 40 ilini səhnəyə, sənətə həsr edib. O, 1955-ci ildə Bakıda anadan olub. İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti) dram kino aktyorluğu fakültəsini bitirib. 1978-ci ildən Dövlət Rus Dram Teatrında çalışır. Bu illər ərzində teatrın səhnəsində xarakterik qadın rollarının ifaçısı kimi tanınıb. Yaratdığı müxtəlif taleli qadın obrazlarının daxili sarsıntısını psixoloji vəziyyətlərini ustalıqla nümayiş etdirib.

Aktrisa həmçinin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunanTəxribat” (1990), “Ovsunçu” (2003) s. filmlərdə çəkilib.

1991-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 6.