Sumqayıtın musiqi və incəsənət məktəblərində konsertlər

 

Sumqayıt şəhər Qara Qarayev adına uşaq musiqi məktəbinin akt zalında 2015-2016-cı tədris ilinin I yarısı üçün hesabat konserti keçirilib.

Məktəbin şagirdlərindən ibarət xor, fortepiano ansamblı, müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblı maraqlı, rəngarəng proqramla çıxış ediblər.

Konsertin sonunda şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov maraqlı ifaya görə iştirakçılara minnətdarlığını bildirib, onlara uğurlar arzulayıb.

Sumqayıt şəhər Səid Rüstəmov və Əhməd Bakıxanov adına uşaq incəsənət məktəblərində general Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illiyi münasibətilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə generalın həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Sonda hər iki məktəbin müəllim və şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 5.