Quba musiqi məktəbində nəğməkar sənətkarın yubileyi

 

Dekabrın 23-də Quba uşaq musiqi məktəbində görkəmli müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə məktəbin direktoru İlqar Məmmədov çıxış edərək Rəşid Behbudovun Azərbaycan musiqisinin inkişafında böyük xidmətlərindən, yüksək sənətkarlıq xüsusiyyətlərindən, vokal ifaçılığında özünəməxsus dəst-xəttindən söz açıb. Məktəbin müəllimi Əlövsət Səlimov sənətkarın keçdiyi həyat yolu haqqında məlumat verib.

Xormeyster İradə Aslanova qeyd edib ki, müğənninin zəngin repertuarı, Rəşid Behbudov məktəbi bu gün hər bir ifaçı üçün ən yaxşı örnəkdir.

Sonra konsert proqramı təqdim olunub. Məktəbin müəllim şagirdləri Rəşid Behbudovun repertuarından musiqi nömrələri ifa ediblər. KonsertdəEvləri var xana-xana”, “Reyhan”, “Sənə qalmaz”, “Ay Laçın”, “Ana”, “Dörd dost”, “Zibeydə”, “Bakı digər mahnılar səsləndirilib.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 4.