TÜRKSOY-da ilin son anım tədbiri

 

Bu il TÜRKSOY təşkilatı tərəfindən görkəmli qırğız rejissoru, ssenaristi Qırğızıstanın Türkiyədəki ilk səfiri Tölömüş Okeyevin (1935-2001) 80 illiyi münasibətilə xatirə ili elan edilmişdi.

Dekabrın 24-də bununla bağlı İstanbulun Memar Sinan Universitetində, ayın 25-də isə Ankarada anım toplantıları keçirildi.

Ankarada TÜRKSOY-un Qazi Universiteti Qırğızıstanın Ankaradakı səfirliyi ilə birgə düzənlədiyi toplantı universitetin tarixi Memar Kəmaləddin salonunda gerçəkləşdi.

Tədbirdə açılış nitqi söyləyən TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş Tölömüş Okeyevin təkcə Qırğızıstan üçün deyil, bütün türk dünyası üçün böyük şəxsiyyət olduğunu bildirdi.

Qırğızıstan Dövlət Kino Departamentinin direktoru Muktali Bektenaliyev mərhum sənətkarın qırğız kino tarixinə töhfələrindən danışdı.

Tədbirdə qırğız müğənnisi Salamat Sadıkova qısa konsert proqramı ilə çıxış etdi. Tədbir T.Okeyevin УUşaqlığımızın göy üzüФ adlı filminin nümayişi ilə sona çatdı.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 15.