Bakı Film İnstitutuna növbəti tələbə qəbulu

 

Bakı Film İnstitutu (BFİ) aktyor, ssenarist, kinoprodüservideoqrafer ixtisasları üzrə tələbə qəbuluna başlayıb. Bununla əlaqədar olaraqBiz sizi başa düşürük” adlı tanıtım kampaniyasına da start verilib.

BFİ-nin rəhbəri Fehruz Şamıyev bildirib ki, indiyədək kinoprodüser, kinorejissor, aktyor kurslarının bir neçə buraxılışı olub. İlk dəfə olaraq isə ssenaristvideoqrafer ixtisasları üzrə kurslar təşkil edilir. Sənəd qəbulu 2016-cı il yanvarın 15-dək davam edəcək. Kursların müddəti üç aydır. Kurslarda dərs demək üçün Türkiyə, İran, Britaniyadan mütəxəssislərlə danışıqlar aparılıb. Qeyd olunub ki, yanvar ayında 3 yaşını qeyd edəcək BFİ-nin aktyor kursunun məzunları yerli serial və filmlərdə rol alıblar, kinoprodüser ixtisasından məzun olanlardan bəziləri xaricdə təhsillərini davam etdirirlər.

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 11.