“Barboskinlər ailəsi”ndən bayram proqramı

 

Heydər Əliyev Sarayında “Barboskinlərdə Yeni il” tamaşası nümayiş etdirilib. Sarayın mətbuat xidmətindən bildirilib ki, uşaqlar və onların valideynləri üçün maraqlı, rəngarəng tamaşa təqdim olunub.

Səhnədə peşəkar teatr aktyorları və sirk akrobatları çıxış edib. Səhnədə Barboskin ailəsinə daha iki personaj - Yeni ilin simvolları Şaxta babaQar qız da qoşulub. Tamaşada müasir tərtibat, akrobatik elementlər olan möhtəşəm nömrələr və çox gülməli səhnələr izləyicilərin marağına səbəb olub.

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 9.