Yusif Səmədoğlunun xatirəsi yad edilib

 

Kürdəmir rayon Mərkəzi kitabxanasında Xalq yazıçısı Yusif Səmədoğlunun 80 illik yubileyinə həsr edilmiş “Görkəmli yazıçı, ictimai xadim” adlı dəyirmi masa təşkil olunub.

Tədbir ədibə həsr edilmiş “Deyilənlər gəldi başa” sənədli filminin nümayişi ilə başlayıb. Sonra MKS-nin direktor müavini İradə Mahmudova çıxış edərək Yusif Səmədoğlunun həyat və yaradıcılığından danışıb.

Mərkəzi kitabxananın baş kitabxanaçısı Məhinə Şirəliyeva, şöbə müdiri Nuranə Mürsəlova və başqaları çıxış edərək yazıçının həyat yoluna və yaradıcılığına nəzər salıblar. Sonda tədbir iştirakçıları “Xalq yazıçısı Yusif Səmədoğlu” adlı kitab sərgisinə baxıblar.

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 7.