Gəncə teatrında “Şaxta babanın sərgüzəştləri”

 

Gəncə Dövlət Kukla Teatrı tərəfindən dekabr ayının 21-dən 25-dək Yeni il münasibətilə Samux şəhərində, ətraf kənd və qəsəbələrdə səyyar tamaşalar nümayiş etdirilib.

1-5 yanvar tarixində isə teatrŞaxta babanın Yeni il sərgüzəştləri” adlı tamaşa ilə balacaları yeni təmirdən çıxmış binasında qəbul edəcək. Eyni zamanda bayram günlərində yaradıcı kollektiv SOS uşaq kəndi, körpələr evi və əlil uşaqlar üçün xeyriyyə tamaşaları təşkil edilməsini nəzərdə tutur.

 

Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 5.