Muğamşünaslığın aktual problemləri

 

ADMİU-da elmi seminarlar davam edir

 

Yanvarın 30-da Azərbaycan Mədəniyyət İncəsənət Universitetində (ADMİU) Muğamşünaslığın aktual problemləri mövzusunda növbəti elmi seminar keçirilib.

 

Seminarda ADMİU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nemət Qasımov Muğam ilə aşıq musiqisinin qarşılıqlı əlaqələrinə dair, Sevinc Əzizova Üzeyir Hacıbəylinin əsərlərində Şur muğamının təfsirinə dair, AMEA-nın böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova XXI əsr Azərbaycan muğamı Growing into Music layihəsi prizmasından Nərmin Qaralova Muğamşünaslığın metodologiyasında müqayisəli təhlilin əhəmiyyəti mövzusunda məruzələrlə çıxış ediblər.

Muğam biliciləri, AMEA-nın BMA-nın nümayəndələri, universitetin müəllimləri, magistr doktorantlarının iştirak etdiyi seminar maraqlı diskussiya şəraitində keçib.

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 15.