Kulinarlarımız Türkiyədən 16 medalla qayıdıblar

 

Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) komandası yanvarın 28-dən 31-dək Türkiyənin İstanbul şəhərində XIII Beynəlxalq Kulinariya Çempionatında uğurla iştirak edib. Fevralın 3-də keçirilən mətbuat konfransında assosiasiyanın prezidenti Tahir Əmiraslanov bu barədə geniş məlumat verdi.

Bildirdi ki, yarışmada 37 ölkə iştirak edib. Komandamız çempionatda 16 medal (6 qızıl, 7 gümüş, 3 bürünc) qazanıb. Kulinarlarımızdan Bəyim Məmmədova, Tərlan Abdullayeva, Tamerlan Kişiyev, Samir Əsgərov, Araz Əhmədov qızıl medala layiq görülüblər. Diqqətə çatdırıldı ki, komandanın uğur qazanmasında “Azərsun Holdinq” şirkətlər qrupunun keyfiyyətli məhsulları əhəmiyyətli rol oynayıb.

Kulinariya çempionatının münsiflər heyətinə Almaniya sədrlik edirdi. Münsif qismində ölkəmizi Tahir Əmiraslanov təmsil edib.

AMKA-nın prezidenti bu il kulinarlarımızın Yunanıstan, Xorvatiya, BosniyaHerseqovinaABŞ-da keçiriləcək çempionatlara da qatılacağını bildirdi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 12.