Xalq artisti Fatma Mahmudova mükafatlandırılıb

 

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti Fatma Mahmudova 2014-cü ilin 30 dekabr tarixində 60 yaşının tamam olması münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

 

Fatma Yaqub qızı Mahmudova 1968-ci ildə Ağdam Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb. Burada Sona xanım («Dağılan tifaq», Ə.Haqverdiyev), Məryəm («Fərhad və Şirin», S.Vurğun), SaraSolğun çiçəklər», C.Cabbarlı), Həcər («Qaçaq Nəbi», S.Rüstəm), Təhminə («Təhminə və Zaur», Anar) və s. rollarda çıxış edib.

Ağdam rayonunun işğalı ilə bağlı Bakıya köçən aktrisa 1994-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Bu teatrın səhnəsində BağdagülOn min dollarlıq keyf», E.Sabitoğlu, C.Məmmədov), Xurma («Hərənin öz ulduzu», S.Ələsgərov, İ.Məlikzadə), Gülbikə («Bankir adaxlı», E.Sabitoğlu, T.Vəliyeva), Adilə DuduBirgünlük siğə», S.Fərəcov, R.N.Güntəkin), AtbalaxanımAdamın adamı», Anar, V.Adıgözəlov), Əsmər («Məsmə xala dayımdır», R.Mustafayev, C.Məmmədov), Məryəm («Şeytanın yubileyi», A.Babayev, O.Rəcəbov) və s. maraqlı obrazlar yaradıb.

Sənətdə qazandığı uğurlara görə Fatma Mahmudova 1989-cu ildə respublikanın "Əməkdar artist"i, 2000-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür. Mədəniyyət və Turizm Nazirliyinin kollektivi ömrünün 46 ilini sənətə həsr etmiş Fatma Mahmudovanı təbrik edirona yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayır.

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 6.