Ağdam Dram Teatrının baş rejissoru dünyasını dəyişib

 

Ağdam Dövlət Dram Teatrının baş rejissoru Elxan Mikayılov dünyasını dəyişib.

Elxan Cəbrayıl oğlu Mikayılov 1955-ci ildə Bərdə rayonunun Xanqaraqoyunlu kəndində anadan olub. 1973-1979-cu illərdə o, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dramkino aktyoru fakültəsində ali təhsil alıb. 1988-1990-cı illərdə Kuybışev Akademik Dram Teatrında və Moskvanın Malı Bronnı Teatrında ali rejissorluq kursu keçib.

1983-cü ildə Ağdam Dövlət Dram Teatrının aktyor ştatına qəbul olunub. X.Hasilovanın Həsrət əsərinin tamaşasında Həsrət, S.Vurğunun Fərhad və Şirinində Fərhad, A.Şaiqin Fitnəsində Bəhram şahbu kimi müxtəlif janrlı əsərlərdə rol alıb.

Elxan Mikayılov 1994-cü ildən Ağdam Dövlət Dram Teatrının baş rejissoru idi. Bu vəzifədə çalışdığı müddətdə C.Cabbarlının Solğun çiçəklər, Ş.Qurbanovun Sənsiz, M.F.Axundzadənin Lənkəran xanının vəziri və s. əsərlərə quruluş verib.

Mədəniyyət və Turizm Nazirliyinin kollektivi Elxan Cəbrayıl oğlu Mikayılovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 6.