Azərbaycan Rusiyanın regionları ilə əməkdaşlığa xüsusi önəm verir

 

Mədəniyyət və turizm naziri Şimali Osetiya-Alaniya Respublikasının nümayəndə heyəti ilə görüşüb

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nazir qonaqları salamlayaraq Azərbaycan ilə Rusiya arasında mədəniyyət və turizm sahəsində sıx əlaqələrin olduğunubu əməkdaşlığın son illərdə daha da inkişaf etdiyini bildirib. Qeyd edilib ki, ölkəmiz Rusiyanın regionları ilə əməkdaşlığa xüsusi önəm verir.

Nazir vurğulayıb ki, biz eyni regionda yaşadığımız üçün xalqlarımızı bir-birinə yaxınlaşdıran dəyərlər varbunlara əsaslanaraq mədəniyyət və incəsənət sahəsində mübadilə, turizm əməkdaşlığı mövcud əlaqələrin genişlənməsinə təkan verə bilər.

Sergey Takoyev qəbula görə nazirə minnətdarlığını bildirib. Qonaq Azərbaycanda gedən inkişafın onda yüksək təəssürat yaratdığını, ölkəmizlə, bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, Şimali Osetiya-Alaniya Respublikasında yaşayan azərbaycanlıların sosial həyatda fəallığını vurğulayaraq, bu amilin gələcək münasibətlərin inkişafında özünəməxsus yer tuta biləcəyini deyib.

Görüşün sonunda əməkdaşlıq üçün birgə turizm marşrutlarının hazırlanması və mədəniyyət tədbirlərinin keçirilməsi qərara alınıb.

 

Mədəniyyət.- 2015.- 4 fevral.- S. 2.