Qaradağ rayonu ilə bağlı yazı müsabiqəsinə yekun vuruldu

 

Fevralın 4-də Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

 

Tədbirdə rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyiQaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda jurnalist yazıları müsabiqəsinin nəticələri də elan olunub.

Əvvəlcə ötən il Qaradağ rayonunun iqtisadi inkişafından, sosial və mədəni həyatında baş verən yeniliklərdən bəhs edən film nümayiş olunub. Sonra rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında çıxışlar olub, yığıncağın qətnaməsi və iştirakçılar adından ölkə Prezidentinə müraciət qəbul edilib.

Sonra Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək qurumun fəaliyyəti, ötən il keçirilən müsabiqələr barədə məlumat verib. Bildirib ki, Qaradağ rayonunun sosial-iqtisadiictimai-siyasi həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşıyan müsabiqə noyabrın 25-dən dekabrın 25-dək davam edib. Müsabiqəyə 26 redaksiyadan 50 jurnalist yazısı təqdim olunub. Ümumilikdə 25 nəfərin mükafatlandırılması qərara alınıb.

Müsabiqədə fərqlənənlərə diplom, fəxri fərman, təşəkkürnamələr və pul mükafatları təqdim edilib. 2014-cü ildə mediaicra orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova Fondun xüsusi diplomu təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 10.