Mübarizim bir dünya” Türkiyədə nəşr edilib

 

Fevralın 4-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında şair-publisist, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləmanın “Mübarizim bir dünya” kitabının türk dilində nəşrinin təqdimatı olub.

Türkiyədə Osman Qazi Universitetində çalışan azərbaycanlı alim və tədqiqatçı Tamilla Abbasxanlının Türkiyə türkcəsinə uyğunlaşdırdığı kitab Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunub. Tədbirdə yazıçılar, universitet müəllimləri, tələbələr çıxış edərək nəşrin əhəmiyyətindən söz açıblar.

Sonda çıxış edən Tamilla Abbasxanlı Azərbaycan ədəbiyyatını qardaş Türkiyədə təmsil etməkdən qürur duyduğunu söyləyib.

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 10.