Özbəkistan portalında Naxçıvan haqqında məqalə

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə bu ölkənin podrobno.uz portalında Azərbaycanın Naxçıvan Muxtar Respublikası haqqında məqalə yayılıb. Rus dilində dərc edilən “Naxiçevanğ - üitadelğ zemli Azerbaydjana" (“Naxçıvan - Azərbaycan torpağının qalası”) adlı məqalənin müəllifi Azərbaycanın sivilizasiyanın ən qədim mərkəzlərindən biri olan, maddi mədəniyyət abidələri, zəngin mədəni irs nümunələri ilə tanınan Naxçıvan diyarının tarixçilərin və kulturoloqların diqqət mərkəzində olduğunu qeyd edir.

Məqalədə bölgənin iqtisadi inkişafı, mədəni həyatı və təbiətindən söz açılır. Məqalə ilə podrobno.uz portalının “Turizm və səyahət" bölməsində tanış olmaq mümkündür.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 9.