Bəstəkarlar İttifaqında konfrans

 

Fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında dahi bəstəkar Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə konfrans keçirilib. Konfransda ittifaqın katibləri Zemfira Qafarova və Sərdar Fərəcov dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafında böyük xidmətlərindən danışıblar.

Qara Qarayevin tələbələri Sevda İbrahimova, Nərgiz Şəfiyeva, Tofiq Bakıxanov, Azər Dadaşov və digərləri müəllimləri ilə bağlı xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən və pedaqoq kimi fəaliyyətindən söhbət açıblar, sənətkara həsr etdikləri musiqilər barədə məlumat veriblər.

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 5.