Azərbaycanın turizm potensialı və mətbəxi Almaniyada təbliğ edilib

 

Fevralın 4-də Almaniyanın Münxen şəhərində Azərbaycanın turizm potensialının və milli mətbəx nümunələrinin təbliği məqsədilə tədbir keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin Almaniyadakı turizm təmsilçisi olan "Aviareps Tourism" şirkəti tərəfindən təşkil olunub.

Almaniyanın aparıcı turizm şirkətləri və media qurumlarının 25 təmsilçisinin iştirak etdiyi tədbir çərçivəsində ölkəmizin turizm imkanlarına dair 20 dəqiqəlik təqdimat, eləcə də Azərbaycanın görməli yerlərinə dair kiçik sorğu keçirilib.

Azərbaycanın milli yeməkləri olan kükü, qutab, dolma, plovşirniyyat nümunələri - şəkərbura, paxlava hazırlanaq tədbir iştirakçılarına təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 6 fevral.- S. 4.