Yaponiyada mədəniyyət festivalında stendimiz maraqla qarşılanıb

 

Tokionun Mequro rayonunda müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə mədəniyyət festivalı keçirilib. Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının (MİFA) təşkil etdiyi festivalda Azərbaycan da təmsil olunub.

 

Yaponiya paytaxtının bu mərkəzi rayonunda bir çox ölkələrin diplomatik nümayəndəlikləri yerləşir. Diplomatik heyət adından çıxış edən Qırğızıstan səfiri Rısbek Moldoqaziyev layihənin müxtəlif xalqların həm yapon, həm də bir-birinin mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsində əhəmiyyətini qeyd edib.

Tədbir iştirakçıları rayon ərazisində yerləşən Azərbaycan, Qırğızıstan, Özbəkistan, Polşa, Nepal, Sudan, CibutiKeniya səfirlikləri tərəfindən hazırlanan sərgi ilə tanış olublar. Səfirliklərin təmsil etdikləri ölkələrin mədəni eksponatlarının, milli mətbəx nümunələrinin təqdim edildiyi stendlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycan stendində milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində nəşr edilmiş çap məhsulları, УİRS-İsanФ jurnalının nömrələri, Bakı mənzərələrinin əks olunduğu rəsmlər, milli mətbəximizin nümunələri tədbir iştirakçılarına təqdim edilib. Уİpək YoluФ rəqs qrupunun ifa etdiyi tərəkəmə rəqsi alqışlarla qarşılanıb. Milli mətbəximizin ləziz nümunələri, şərablarımız, şəkərbura və paxlava iştirakçıların böyük marağına səbəb olub.

MİFA rəhbərliyi və tədbirə qatılmış qonaqlar Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər.

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 15.