“Vətən mənə oğul desə...”

 

Fevralın 6-da Göygöl şəhər Mədəniyyət evində Azərbaycanın Milli Qəhrəmanı Elşad Ramiz oğlu Məmmədovun anadan olmasının 40 illiyinə həsr olunmuş “Vətən mənə oğul desə nə dərdim!” başlıqlı ədəbi-bədii kompozisiya keçirilib. Rayon Mərkəzi kitabxanasının təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə Milli Qəhrəmana həsr olunmuş kitab sərgisi, foto stendlə tanış olublar.

Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova, kitabxananın xidmət şöbəsinin böyük kitabxanaçısı Ülviyyə Mustafayeva rayonun Haçaqaya kəndində dünyaya gələn Elşad Məmmədovun qısa ömür yolundan söz açıblar. Şəhər 4 saylı orta məktəbin şagirdləri vətənə, xalqa, xalqımızın igid oğullarına həsr olunmuş şeirlər söyləyiblər. Xatirə tədbirində Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 14.