Monumentalçı-rəssam haqqında kataloq

 

Tanınmış monumentalçı-rəssam, mərhum Yaqub Mehdiyev (1948-2013) haqqında kataloq işıq üzü görüb. 208 səhifədən ibarət kataloqda rəssamın bütün yaradıcılığı əksini tapıb.

Yaqub Mehdiyev Xalq rəssamı, tanınmış boyakar Ağa Mehdiyevin (1920-2003) ailəsində dünyaya göz açıb. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskva Ali Rəssamlıq Akademiyasının monumental dekorativ rəngkarlıq fakültəsində təhsil alıb. Pedaqoji fəaliyyət göstərib.

Rəssamın müxtəlif janrlı əsərləri dünyanın bir çox ölkələrində muzey və şəxsi kolleksiyalarda qorunur. Kataloqda Yaqub Mehdiyevin monumental, xalça, miniatür mozaika, rəngkarlıq, qrafika əsərlərinin reproduksiyaları və onlar haqqında bilgilər yer alıb.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 14.