Tələbələr "III Riçard"a baxıblar

 

Bakı Ali Neft Məktəbinin (BANM) müəllim və tələbə heyəti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Uilyam Şekspirin "III Riçard" tarixi dramının tamaşasına baxıblar. Xalq artisti, rejissor Cənnət Səlimovanın quruluş verdiyi səhnə əsərində rollarda Xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Elşən Çarhanlı, Mehriban Abdullayeva və başqaları çıxış ediblər.

Tamaşa Bakı Ali Neft Məktəbinin kollektivi tərəfindən alqışlarla qarşılanıb. Teatrla ali məktəb arasında aparılan danışıqların nəticəsi kimi qərara alınıb ki, ayda bir dəfə tədris ocağının müəllim və tələbələri Gənc Tamaşaçılar Teatrının qonağı olacaqlar.

 

Mədəniyyət.- 2015.- 11 fevral.- S. 6.