XX əsrin dahi bəstəkarı

 

Özbəkistanın podrobno.uz saytında "Qara Qarayev Azərbaycanın fəxri və XX əsrin dahi bəstəkarıdır" adlı məqalə dərc edilib. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanmış yazıda Qara Qarayevin istedadının parlamasında böyük bəstəkarlar Üzeyir Hacıbəyli və Dmitri Şostakoviçin böyük rolundan danışılır, onun Moskva Konservatoriyasında D.Şostakoviçin tələbəsi olduğu xatırlanır.

Məqalədə 2014-cü il fevralın 3-də Bakıda Qara Qarayevin abidəsinin açılışı barədə də söz açılır, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi vurğulanır. Müəllif Prezident İlham Əliyevin mərasimdəki çıxışından sitat gətirərək yazır: "Qara Qarayev Azərbaycan xalqının böyük oğlu, tanınmış şəxsiyyət, dahi bəstəkardır. O, Azərbaycanı layiqincə, onun musiqi mədəniyyətini layiqincə təmsil etmişdir. Onun yaradıcılığı Azərbaycan xalqını tanıtdırmış və ona şöhrət gətirmişdir".

Məqalədə dahi bəstəkarın fotoşəkilləri verilib, onun ölməz əsərlərinin dünyanın bir çox ölkələrində ifa edilməsindən, tamaşaya qoyulmasından söhbət açılır.

 

Mədəniyyət.- 2015.- 13 fevral.- S. 11.