Əməkdaşlıq memorandumu imzalanıb

 

Folklor turizminin inkişafı üzrə birgə tədbirlər həyata keçiriləcək

 

Fevralın 11-də AMEA-nın Folklor İnstitutunda bu elm müəssisəsi ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.

 

Tədbiri Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov açaraq institutun Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə çoxdan əməkdaşlıq etdiyini, vaxtaşırı birgə tədbirlər keçirildiyini vurğulayıb: УQərara gəldik ki, əməkdaşlığı inkişaf etdirmək üçün yeni hüquqi baza yaradaqФ.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor Vilayət İsmayılov da Folklor İnstitutu ilə birgə keçirilən tədbirlərdən bəhs edib, bu əməkdaşlığın bir mövzusu kimi folklor turizminin əhəmiyyətini diqqətə çatdırıb.

Folklor İnstitutunun şöbə müdiri, professor Kamran Əliyev, Elmi-Metodiki Mərkəzin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu memorandumun əməkdaşlıq üçün perspektivlər açdığını qeyd ediblər.

Sonra qurum rəhbərləri əməkdaşlıq memorandumunu imzalayıblar. Sənəddə qeyri-maddi mədəni irsin qorunması, dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə xalqımızın milli-mənəvi sərvətlərinin, mədəni irsinin, folklorunun öyrənilməsi, eləcə də ölkədə folklor turizminin inkişafı üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlər əksini tapıb.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 13 fevral.- S. 6.