Mədəniyyət və Turizm Nazirliyində QHT-lərlə görüşlər

 

Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şuranın sədri Şahin Seyidzadə, «Xan Şuşinski» Fondunun prezidenti Bəyimxanım Verdiyeva, «Mədəni İnkişaf Mərkəzi» İctimai Birliyinin sədri Gəray Əlibəyli, "Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyinin sədri Fərhad Abdulov ilə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə sektoru arasında ikitərəfli görüşlər təşkil olunub.

Görüşlər zamanı QHT nümayəndələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası" və onun icrasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 23 yanvar 2015-ci il tarixli, 24 nömrəli əmri ilə yaradılmış Müsabiqə Komissiyası barədə məlumatlandırılıb.

Görüşlərdə QHT nümayəndələri ilə fikir mübadiləsi aparılıb, mədəniyyət və turizm sahəsində layihə və təkliflərinin nazirliyə təqdim olunması müzakirə edilib.

 

Mədəniyyət.- 2015.- 13  fevral.- S. 3.