“Bakı lifləri - şəhərin portreti

 

YARAT italyan rəssamın əsərini təqdim edir

 

YARAT Müasir İncəsənət Təşkilatı FARE (Milan, İtaliya) təşkilatı ilə birgə reallaşdırdığı “Art-rezident” layihəsi çərçivəsində italiyalı rəssam Paola Anzichenin paytaxtımızda yaratdığı “Bakı lifləri - şəhərin portreti” əsərini təqdim edir.

Əsər “Kiçik QalArt” qalereyasında fevralın 12-də nümayişə çıxarılıb.

Rəssam boş bir məkanda ənənəvi tekstil parçalarından və şəhərin memarlıq kompozisiyalarından götürülmüş elementlərdən istifadə edərək, Bakının qeyri-adi portretini yaratmağa çalışıb.

Sərginin adı rəssamın Bakıda olarkən istifadə etdiyi yanaşma tərzini əks etdirir: O, Azərbaycanın mədəni irsi ilə sıx bağlı olan, yun daxil olmaqla, buradakı yerli lifləri araşdırıb. “Bakı lifləri” rəssamın şəxsi, mədəni təcrübəsinə xitab edən və bu şəhərdə tanış olduğu insanları əks etdirən kəşfiyyat portretidir.

Əsər “Kiçik QalArt” qalereyasında fevralın 19-dək nümayiş olunacaq.

 

Mədəniyyət.- 2015.- 13 fevral.- S. 2.