Füzuli Dram TeatrındaDünyanın axırı

 

Horadiz şəhər Mədəniyyət sarayında fəaliyyət göstərən Füzuli Dövlət Dram Teatrında bu il ərzində bir sıra yeni tamaşaların hazırlanması nəzərdə tutulur. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin bildirdiyinə görə, hazırda Rəhman ƏlizadəninDünyanın axırıəsərinin Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunanDoğma Qarabağım, Xocalım mənimadlı ədəbi-bədii kompozisiyanın son məşqləri gedir.

Direktor qeyd edib ki, Füzuli rayonunun işğalı ilə əlaqədar olaraq teatr 1993-2003-cü illərdə Sumqayıtdakı S.Vurğun adına Mədəniyyət sarayında fəaliyyət göstərib. Məcburi köçkünlük həyatına baxmayaraq, kollektiv Sumqayıtda olduğu 10 il müddətində 40-dan çox tamaşa hazırlayıb, Şamaxı, Sabirabad, İmişli, Saatlı, Ucar, Kürdəmir, Biləsuvar, Zaqatala, Balakən digər rayonlarda qastrol səfərlərində olub. 2003-cü ilin noyabr ayında teatr doğma rayona qayıdaraq Horadiz Mədəniyyət evində fəaliyyətini davam etdirib.

Teatrda 60-dan çox əsərə səhnə həyatı verilib. 2015-ci ilin repertuarına Cəlil MəmmədquluzadəninKişmiş oyunu”, Süleyman Sani AxundovunEşq intiqam”, Əli ƏmirlininXoşbəxt güntamaşaları, M.MuxtarovunYuxunda görərsəntamaşaları daxil edilib.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 12.