Üzeyir Hacıbəylinin nadir not yazıları muzeyə təhvil verilib

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr fonduna dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin öz əli ilə qələmə aldığı nadir not yazıları təhvil verilib.

AMEA-dan verilən xəbərə görə, not yazıları Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə 1930-cu ildə yazılmışHimn 1934-cü ildə böyük fars şairi Əbülqasım Firdovsinin anadan olmasının 1000 illiyi ərəfəsində ərsəyə gəlmişKantata”dır.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 6.