Çölçü filmi daha bir mükafata layiq görülüb

 

Rejissor Şamil Əliyevin Çölçü filmi Hindistanın paytaxtı Dehlidə keçirilən II Noida beynəlxalq film festivalında Ən yaxşı rejissor mükafatına layiq görülüb. Festival fevralın 14-də başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə Azərbaycanfilm kinostudiyasında lentə alınmış Çölçü filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Ekran əsərinin süjeti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verən dəyişiklər üzərində qurulub.

Film indiyədək 20-dən çox beynəlxalq festivalkinoforumda iştirak edib, mükafatdiplomlara layiq görülüb.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 16.