Milli Kitabxanada görüş

 

Plagiat faylların aşkarlanması ilə bağlı proqram təklifi müzakirə edilib

 

Fevralın 17-də Polşanın УAntiplagiatФ kompaniyasının prezidenti Sebastyan Kavçinskiqurumun Bakı ofisinin direktoru Əli Təhməzov M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.

 

Direktor Kərim Tahirov Milli Kitabxananın fəaliyyəti, elektron resursları barədə qonaqlara məlumat verib.

Sebastyan Kavçinski rəhbərlik etdiyi təşkilat barədə danışaraq bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən kompaniya Moldova, Almaniya, Rumıniya, Polşa və digər Avropa ölkələrində, Cənubi Amerikada fəaliyyət göstərir və 200-dən artıq müştərisi var.

Azərbaycanın onlar üçün çox maraqlı ölkə olduğunu vurğulayan S.Kavçinski burada da fəaliyyət göstərməyi düşündüklərini söyləyib. O, Ali Attestasiya Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyibir neçə ali təhsil ocağının rəhbərləri ilə görüşdüyünü və antiplagiatlıq üzrə milli proqramlar təklif etdiklərini diqqətə çatdırıb. Kompaniyanın hazırladığı proqramlar təhsil müəssisələrində, nəşriyyatlarda, kitabxanalarda intellektual mülkiyyətin qorunmasına, sənədlərdə plagiat faylların aşkar olunmasına xidmət edir. Proqramlar hər hansı dildə plagiatı müəyyən etmək imkanına malikdir.

Görüşün sonunda K.Tahirov proqramla ətraflı tanış olacaqlarını, proqramların Azərbaycan Milli Kitabxanası üçün əhəmiyyətini araşdıracaqlarını bildirib.

 

Mədəniyyət.- 2015.- 18 fevral.- S. 3.