Riqada “Golden Kral - 2015” beynəlxalq sirk festivalı keçirilib

 

Ölkəmiz ilk dəfə beynəlxalq sirk festivalının münsiflər heyətində təmsil olunub

 

Yanvarın 23-dən 26-dək Latviyanın paytaxtı Riqada keçirilən “Golden Kral - 2015” beynəlxalq sirk festivalında ilk dəfə olaraq Azərbaycan münsiflər heyətində təmsil olunub. 15 ölkədən 75 nümayəndənin qatıldığı festivalın münsifləri sırasında Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə yer alıb.

 

Bu barədə qəzetimizə məlumat verən Vaqif Bağırzadə festivalda dünyanın məşhur sirklərinin nümayəndələrinin iştirak etdiyini bildirdi: “Bizim bu səviyyəli festivallarda iştirak etməyimiz Bakı Dövlət Sirkinin beynəlxalq əlaqələrinin inkişafına müsbət təsirini göstərir. Həmçinin münsiflər heyətində Azərbaycanın da təmsil olunması əlamətdar hadisədir. Tədbir çərçivəsində keçirdiyimiz görüşlərdə bir neçə ölkənin sirkləri ilə əməkdaşlıq haqqında razılıq əldə olundu. Yaxın vaxtlarda bu festivalda qalib gəlmiş iştirakçıların Bakı Dövlət Sirkində çıxışları da olacaq”.

Bakı Dövlət Sirkinin direktoru festival çərçivəsində keçirilən konfransa da qatılıb. Konfransda heyvanların sirkdə, zooparkda, istirahət parklarında saxlanılması, bununla bağlı Avropa Sirk Assosiasiyasının qaydaları müzakirə olunub. Avropa ölkələrinin nümayəndələri ilə təcrübə mübadiləsi etmək barədə razılıq əldə olunub. Qeyd edək ki, “Golden Kral - 2015” beynəlxalq sirk festivalında ABŞ, Rusiya, Belarus, Moldova, Ukrayna, Danimarka, İsveç, İtaliya, Almaniya, Fransa, İspaniya, Özbəkistan Litvadan olan nümayəndələr iştirak ediblər. Festivalın qızıl medallarını Belarus, Moldova Rusiyadan olan iştirakçılar qazanıblar.

Vaqif Bağırzadə söhbət əsnasında Bakı Dövlət Sirkinin yeni proqramı barədə məlumat verdi. Bildirdi ki, Novruz bayramı ərəfəsində, martın 14-də “Qızıl dördlükadlı proqrama start veriləcək. Bu möhtəşəm proqram Böyük Moskva, Nikulin, Çinizelli Belarus sirklərinin artistlərinin iştirakı ilə baş tutacaq. Eyni zamanda proqramda qonaqlarıKeniyalı oğlanlarakrobatlar qrupu, “Professor Yermakovun itlər məktəbi”, ekzotik tutuquşular, atlar dəvələr, timsahlar, şar içində motosikletçilər, hava nömrələri, qeyri-adi lazer işıq effektləri, şən klounların maraqlı çıxışları gözləyir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 9.