Ankarada TÜRKSOY-un “Haldun Taner ili”nin açılışı

 

1993-cü ildən zəngin türk mədəniyyətinin təbliği tanıdılması yolunda geniş fəaliyyət göstərən TÜRKSOY təşkilatının ənənəvi layihələrindən biri türk dünyasının görkəmli mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin şərəfinə xatirə ilinin keçirilməsidir.

 

Təşkilat 2012-ci ili böyük Azərbaycan mütəfəkkiri dramaturqu Mirzə Fətəli Axundzadəyə, 2013-cü ili tanınmış qazax bəstəkarı dirijoru Mukan Tölebayevə, 2014-cü ili böyük türkmən şairi Məhdumqulu Fərqai qırğız ozanı Toktoqul Satılqanova ithaf etmişdi.

Ötən ilin noyabrında Tatarıstanın paytaxtı Kazanda gerçəkləşdirilən TÜRKSOY Daimi Şurası 32-ci dönəm toplantısında 2015-ci il ünlü türk dramaturqu Haldun Tanerin 100 illiyi xakas xalq dastançısı Semen Kadışevin 130 illiyi münasibətilə bu şəxsiyyətlərin xatirə ili elan olunub.

Fevralın 24-də Ankara Opera Teatrında TÜRKSOY-un “Haldun Taner ili”nin açılışına həsr olunmuş təntənəli mərasim keçiriləcək. Mərasimə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət turizm naziri Ömər Çelik, türk respublikalarının nümayəndələri qatılacaq.

Bu il anadan olmasının 100 illiyi qeyd edilən Haldun Taner Türkiyənin tanınmış yazıçı-dramaturqu jurnalisti olub. Yazıçılıqla yanaşı, İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti dil, tarix, coğrafiya fakültəsində, İstanbul Universiteti ədəbiyyat fakültəsində ədəbiyyat, incəsənət tarixi teatr dərsləri verən Haldun TanerMilliyətqəzetində redaktor işləyib, 1986-cı ildə İstanbulda vəfat edib.

Tədbirin bədii hissəsində Ankara Dövlət Teatrı Samsun Dövlət Opera Balet Teatrının təqdimatında Haldun Tanerin əsərlərindən parçalar nümayiş etdiriləcək. Həmçinin sənətçinin əsərlərinin yer aldığı sərgi düzənlənəcək.

Tədbir çərçivəsində ənənəvi olaraq türk mədəniyyət sənətinin yaşadılmasına töhfə verən media nümayəndələrinə TÜRKSOY-un mükafatları təqdim ediləcək.

 

Mehparə Sultanova

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 9.