Avropa Oyunlarında qonaqpərvərliyimizi dünyaya layiqincə tanıtmalıyıq

 

Dənizkənarı Milli Parkın möhtəşəm idman bayramına töhfələri

 

Dənizkənarı Milli Park Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ilin bütün fəsillərində ən çox üz tutduqları məkanlardan biridir. Son illər paytaxtın bu ecazkar ünvanı daha da gözəlləşib. Bulvar ərazisi genişləndirilib, yeni yaşıllıqlar salınıb, kaferestoranlar, müasir attraksionlar istifadəyə verilib.

 

İyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar Dənizkənarı Milli Parkda bir çox yeniliklər gözlənilir. Oyunların keçiriləcəyi idman arenalarından üçü - Crystal Hall, Bakı Su İdmanı Mərkəzi və Bakı İdman Sarayı bu ərazidədir. Bunları nəzərə alaraq demək olar ki, Avropa Oyunları zamanı Dənizkənarı Milli Park xüsusi diqqət mərkəzində olacaq. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla görüşüb həyata keçirilən hazırlıq işləri haqqında məlumat aldıq.

 

Bulvarın ərazisi genişləndirilir

 

Nazim Məcidov bildirir ki, son bir neçə ildə bulvar ərazisinin hər iki istiqamətdə genişləndirilməsi davam edir. Bu işlərin Avropa Oyunlarınadək yekunlaşması gözlənilir: 2012-ci ildə indiki Bakı İdman Sarayından Bayraq Meydanına qədər olan 2 kilometr məsafədə bulvar ərazisi genişləndirildi. İndi isə Bayraq Meydanından 20-ci sahə istiqamətində daha 3 kilometr ərazi artırılıb. Dəniz Vağzalından Nobel prospekti istiqamətində daha 3 kilometr ərazi istirahət üçün yararlı vəziyyətə gətirilir. Artıq işlərin 90 faizi görülübproses çox sürətlə davam etdirilir. Düşünürəm ki, işlər yaya kimi yekunlaşacaq.

 

Dəniz gəzintisi

 

Bulvarda dəniz gəzintisinə çıxmaq və paytaxtımızın gözəlliyini seyr etmək istəyənlər üçün də yeniliklər var. Hazırda burada 3 gəzinti gəmisi fəaliyyət göstərir. Həmsöhbətimiz bildirir ki, bulvar ərazisi genişlənəndən sonra gəmi gəzintisi marşrutu da genişlənəcək: Qış aylarında gəmi gəzintilərindən istifadə yay aylarına nisbətən azalır. Qış ayları olduğuna görə gəmilər havalar yaxşı olandadaha çox şənbə-bazar günləri işləyir. Gəmilər Dövlət Bayrağı Meydanı və Crystal Hallun ətrafında hərəkət edir. Buradakı işlər yekunlaşandan sonra bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək.

 

Yeni qatarlar gətiriləcək

 

Dənizkənarı Milli Parkda həyata keçiriləcək yeniliklərdən biriburada fəaliyyət göstərən qatarlarla bağlıdır. Yaxın aylarda yeni gəzinti qatarları gətiriləcək. İdarə rəsmisi deyir ki, park genişlənəndən sonra ərazidə fəaliyyət göstərən qatarların hərəkət marşrutları da artırılacaq: Hazırda qatarlar 3 marşrut üzrə - Bakı Dəniz Vağzalından Saat qülləsinə, oradan Dövlət Bayrağı Meydanına və Bakı İdman Sarayından Crystal Hallun ətrafına qədər hərəkət edir. Yeni marşrut Milli Parkın şəhər istiqamətindən 20-ci sahəyədək olan hissəsinə qədər uzanacaq. Yəni 17 kilometrlik məsafədə xüsusi dayanacaqlar yaradılacaq.

 

Turistlər üçün hər cür şərait

 

Avropa Oyunlarına qədər bulvar ərazisini əhatə edən Wi-Fi şəbəkəsi quraşdırılacaq. Qonaqlarpaytaxt sakinləri 24 saat fasiləsiz sürətli internet xidmətindən istifadə edə biləcəklər: Əvvəllər bulvar ərazisində bəzi kaferestoranlarda Wi-Fi şəbəkəsi var idi. Çalışırıq ki, Oyunlara qədər bulvarın bütün ərazisində Wi-Fi şəbəkəsi qurulsun. Bundan əlavə bulvarda fəaliyyət göstərən kafe, restoran və digər obyektlərdə POS-terminalların sayı artırılır.

N.Məcidov deyir ki, bulvar ərazisində asayişin qorunması üçün vacib tədbirlərin görülməsi yüksək səviyyəyə çatdırılacaq: Əraziyə Daxili İşlər Nazirliyi və Bakı Şəhər Bulvar İdarəsinin kameraları vasitəsilə tam nəzarət olunur. Yeni bulvar ərazisinə də kameralar quraşdırılır. Oyunlar zamanı biz bu işləri daha da gücləndirməliyik.

Həmsöhbətimiz restoran, kafe və digər iaşə obyektlərində, attraksionlarda ingilisrus dillərini bilən işçilərin olmasını vacib hesab edir: Çalışacağıq ki, Oyunlar dövründə də bulvarın bütün obyektlərində ingilisrus dillərini bilən işçilər olsun. Kafe restoranlarda menyular Azərbaycan, rus, ingilis dillərində təqdim olunmalıdır. Bundan başqa, milli parkın mühafizəçilərinə xüsusi təlimlər keçirilir. Demək olar ki, bütün əməkdaşlarımız ən azı ingilis, ya da rus dilini bilir.

 

Yaşıllıq zolaqları

 

Bulvar ərazisində yeni yaşıllıqların yaradılması, mövsümi bitkilərin becərilməsi diqqət mərkəzindədir: Hər mövsümün öz çiçəkləri var. Bulvar indi qış mövsümünə uyğun çiçəklərlə bəzədilib. Yaz aylarında isə yerli xaricdən gətirilmiş güllərlə bəzədiləcək. Ölkəmizdə xaricdə bitən dekorativ, bəzək ağaclarının əkilməsi davam etdiriləcək.

I Avropa Oyunları zamanı bulvar ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. N.Məcidov bildirir ki, Avropa Oyunları ərəfəsində paytaxt sakinlərinə böyük sürprizlər hazırlanır: Bizə isə o möhtəşəm günü gözləmək ölkə tarixində keçirilən ən böyük tədbirlərdən biri olan Avropa Oyunlarında öz qonaqpərvərliyimizi mədəniyyətimizi dünyaya daha da layiqincə tanıtmaq nümayiş etdirmək düşür.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 8.