Avropa Oyunlarının Yunanıstanda və Finlandiyada yayımı üçün sazişlər imzalanıb

 

Bakı-2015 Əməliyyat Komitəsi I Avropa Oyunlarının Yunanıstanda və Finlandiyada nümayişini təmin etmək üçün yayım sazişləri imzalayıb. Yunanıstanda ictimai yayımın əsas təminatçısı olan NERIT (New Hellenic Radio, Internet and Television) televiziyası və onlayn platformaları vasitəsilə birinci Avropa Oyunlarının gündəlik olaraq birbaşa yayımı təmin ediləcək, eyni zamanda möhtəşəm açılış və bağlanış mərasimləri yayımlanacaq.

Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan Yle isə açılış və bağlanış mərasimlərinin, eyni zamanda gündəlik olaraq yarışların birbaşa yayımını təmin edəcək və qarşılaşmaların ən yaddaqalan məqamlarından ibarət videomaterialları nümayiş etdirəcək. Qurum yerli yayım şirkəti olan İnternational Sports Broadcastingin vebsaytı və rəqəmsal platformaları vasitəsilə Oyunların 800 saatlıq birbaşa yayımını da təmin edəcək.

NERIT şirkətinin baş direktoru Piter Mais deyib: Qədim Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstan dünyada tanınan və dəyər verilən zəngin idman tarixinə malikdir. Birinci Avropa Oyunları qitənin idman tarixində mühüm məqamdır. Biz Oyunları ölkəmizdə yayımlayacağımız üçün fəxr edirik.

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 7.