Müasir Azərbaycan teatrı media: problemlər, perspektivlər

 

Fevralın 18-də AMEA Memarlıq İncəsənət İnstitutunda Müasir Azərbaycan teatrı media: problemlər, perspektivlər mövzusunda seminar keçirilib.

 

İnstitutun teatr, kino televiziya şöbəsi tərəfindən təşkil olunan tədbiri şöbənin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov açaraq teatr kütləvi media arasında münasibətlərdən danışıb. Teatr, kino televiziya şöbəsinin kiçik elmi işçisi, teatrşünas Könül Əliyeva teatr media münasibətlərinin müxtəlif aspektləri barədə məruzə ilə çıxış edib.

Müzakirələrdə AMEA Memarlıq İncəsənət İnstitutunun əməkdaşları, teatrşünaslar, teatr xadimləri, aparıcı media orqanlarının mədəniyyət yazarları iştirak ediblər. Teatr, kino televiziya şöbəsinin böyük elmi işçisi, Əməkdar incəsənət xadimi Ayaz Salayev, AMEA Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Mustafayeva, Qobustan incəsənət toplusunun baş redaktoru Vaqif Əlixanlı, Mədəniyyət qəzetinin baş redaktor müavini Həmidə Rüstəmova, Ədalət qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu, kulis.az saytının əməkdaşı, teatrşünas Aliyə Dadaşova digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Müasir dövrdə mədəniyyətin ən müxtəlif sahələrinin əhatəli şəkildə media qurumlarında təbliğinin, bu işdə peşəkarlığın vacibliyi vurğulanıb. Teatr media münasibətlərinin hazırkı durumuna nəzər salınıb, mövcud problemlər müəyyənləşdirilib gələcək inkişaf perspektivlərinin təyin olunmasına cəhd göstərilib.

Qeyd edək ki, bu, institutun teatr, kino televiziya şöbəsinin son bir il ərzində keçirdiyi dördüncü seminardır. Ötən müddətdə Azərbaycan sirk sənəti, milli teatrın dünəni bu günü, müasir Azərbaycan kinosunun problemlərinə həsr olunmuş seminarlar təşkil edilib.

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 6.