Tələbələrin "Evlənmə"si

 

Fevralın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" Tədris Teatrında rus yazıçısı Nikolay Qoqolun "Evlənmə" komediyasının tamaşası nümayiş olunub. Səhnə əsəri universitetinDram teatrı və kino aktyoru” kafedrasının müdiri, professor, Əməkdar artist Gülşad Baxşiyevanın rəhbərlik etdiyi IV kursun tələbələri tərəfindən təqdim edilib. Təhsil ocağının müəllim-tələbə heyəti ilə yanaşı, 53 saylı orta məktəbin şagirdləri də tamaşanı böyük maraqla izləyiblər.

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 5.