Gəncə Dram Teatrında yeni səhnə əsəri

 

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi yeni səhnə əsəri ilə tamaşaçıların görüşünə gəlib. Teatrsevərlərə Azərbaycan Yazıçılar Birliyinin üzvü Şəfa Vəlinin УBəyaz ölümФ əsəri əsasında hazırlanmış tamaşa təqdim edilib.

Teatrın direktoru Əli Qasımov bildirib ki, əsərdə narkomaniyaya qarşı mübarizədən bəhs olunur. Narkotik istifadə edən gənclərin həyatı, onların sonrakı taleyi tamaşanın əsas süjet xəttini təşkil edir. Tamaşanın rejissoru Çinarə Əlizadə, baş rolların ifaçıları gənc aktyorlar Kamil Nazimoğlu, Sevinc HüseynovaAysel Şərifovadır.

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S. 5.