Tehran İmran oğlu Vəliyev

 

Azərbaycan ədəbiyyatına ağır itki üz vermişdir. Tanınmış tərcüməçi, jurnalist, redaktor, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin Nəşriyyat sektorunun müdiri Tehran İmran oğlu Vəliyev 2015-ci il fevralın 18-də ömrünün 61-ci ilində vəfat etmişdir.

Tehran Vəliyev 1954-cü il fevralın 18-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olmuşdur. 1970-ci ildə Cəbrayıl rayonu Şükürbəyli kənd orta məktəbini bitirdikdən sonra Cəbrayıl rayonlararası kinoprokatı idarəsində fəhlə, Bakıda “Leninneftneft-qaz çıxarma idarəsinin mənzil-kommunal kontorunda fəhlə işləmiş, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur.

Universiteti bitirdikdən sonra 1978-80-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin “Texniki tərəqqi uğrunda” jurnalında ədəbi işçi, 1980-84-cü illərdə “Azərbaycan təbiəti” jurnalında tərcüməçi, 1984-88-ci illərdə Azərbaycan SSR “Dövlətnəşrkom”unda böyük redaktor, 1988-89-cu illərdə “Gənclik” nəşriyyatında böyük redaktor, 1989-1992-ci illərdə Azərbaycan Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzində Qərb ədəbiyyatı şöbəsinin müdiri, 1992-1993-cü illərdə “Azərbaycan” qəzetində əvvəlcə şöbə müdiri, sonra isə baş redaktorun birinci müavini vəzifəsində çalışmışdır.

1993-cü ildən 2001-ci ilədək “Maarif” nəşriyyatının baş redaktoru, 2001-ci ildən 2006-cı ilədək Mədəniyyət Nazirliyinin Nəşriyyat şöbəsi müdirinin müavini, 2006-cı ildən 2015-ci ilədək Mədəniyyət və Turizm Nazirliyinin əvvəlcə Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsi İnformasiyareklam sektorunun müdiri, daha sonra isə Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsi Nəşriyyat sektorunun müdiri vəzifəsini yerinə yetirmişdir.

Bunlarla yanaşı, ədəbi yaradıcılıq və bədii tərcümə ilə məşğul olmuş, ABŞ, İngiltərə, Rusiyabir sıra digər ölkələrin yazıçılarının roman, povest və hekayələrini, həmçinin bir çox elmi, pedaqoji, hüquqi, siyasi əsərləri ingilisrus dillərindən Azərbaycan dilinə çevirmişdir.

Onun tərcüməsində U.Folkner, F.S.Fitscerald, S.Kinq, D.Laurens, V.Şukşin, V.Belov və başqalarının əsərləri Azərbaycan oxucuları tərəfindən rəğbətlə qarşılanmışdır.

Tanınmış tərcüməçi, jurnalist, redaktorxeyirxah insan Tehran İmran oğlu Vəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi Tehran Vəliyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2015.- 20 fevral.- S.4.