Bölgələrdə
Beynəlxalq Ana Dili Günü tədbirləri
Zərdab rayon Mərkəzi kitabxanasında “Ana dilimizi sevək, qoruyaq!” adlı ədəbi-bədii kompozisiya keçirilib. MKS-nin direktoru Nailə Əliyeva, uşaq şöbəsinin multimedia resursları üzrə mütəxəssisi Elnarə Salikova, xidmət şöbəsinin abonement bölməsinin müdiri Cəmalə Feyzullayeva mövzu ilə bağlı çıxış ediblər.
3 saylı məktəbin şagirdləri ana dilinə aid şeirlər söyləyiblər. Sonda “Ana dilimizi sevək, qoruyaq” başlığı altında təşkil olunmuş sərgidə nümayiş etdirilən kitab və digər nəşrlər haqqında oxuculara məlumat verilib.
* * *
Tərtər rayon Mərkəzi
kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş
tədbirdə ictimaiyyət nümayəndələri, müəllim
və şagird kollektivi,
mədəniyyət işçiləri iştirak
ediblər. MKS-nin direktoru
U.Qurbanova, kitabxananın müdiri
Ş.Əliyeva, metodika-biblioqrafiya
şöbəsinin müdiri Ə.Süleymanova çıxış edərək
hər bir millətin, xalqın
formalaşmasının başlıca meyarı kimi ana dilinin
əhəmiyyətindən söz
açıblar. Tədbirdə “Dilimiz milli varlığımızdır”
başlıqlı sərgi nümayiş etdirilib, məktəblilər Azərbaycana, doğma dilimizə həsr olunmuş
şeirlər söyləyiblər.
Mədəniyyət.- 2015.- 25
fevral.- S. 15.