Dilimiz milli varlığımızdır”

 

Sumqayıt şəhər MKS-nin 14 saylı kitabxana filialında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilmişDilimiz milli varlığımızdır” adlı ədəbi-bədii kompozisiya təşkil edildi.

Əvvəlcə kitabxananın müdiri Hafizə Pirimova əlamətdar günün tarixindən söz açdı. Qeyd olundu ki, ana dilinin varlığı millətin mənəvi diriliyidir. Dil xalqın milli sərvətidir.

“Həmlə” hazırlıq kursunun Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsal İsmayılov dilimizin gözəlliyindən söhbət açdı. Fəal oxucular Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Zəlimxan Yaqub və digər şairlərimizin ana dili haqqında şeirlərini səsləndirdilər.

Sumqayıt şəhər Nizami Gəncəvi adına uşaq kitabxanası 33 saylı məktəbin 3d sinfində “Mənim Qorqud dilim, Ələsgər dilim” adlı şeir dəqiqələri təşkil edib. Əlamətdar gün ilə bağlı S.Vurğun adına Mərkəzi kitabxanada, 1, 2, 7, 8, 17 saylı kitabxana filiallarında da tədbirlər keçirilib.

 

Pərvanə Qasımova,

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın elmi katibi

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 15.