Gənc pianoçunun daha bir uğuru

 

13-18 fevral tarixində Serbiyanın paytaxtı Belqradda Davorin Jenko adına gənc pianoçuların beynəlxalq müsabiqəsi keçirilib. 18 ölkədən ifaçıların qatıldığı müsabiqədə Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə IX sinif şagirdi Həşim Həşimov da iştirak edib. Onun yer aldığı 13-16 yaş qrupunda 18 pianoçu yarışıb.

Həşim Həşimov müsabiqədə L.V.BethoveninSonata ¹ 9” (E - dur) I hissə və F.ListinMacar rapsodiyası” ¹ 8 (f - moll) əsərlərini ifa edib. Beynəlxalq münsiflər heyətinin sədri Nataşa Veljkoviç (Avstriya), münsiflərdən Yokut Mixayıloviç (Serbiya), Konstantin Krasnitski (Belarus) və başqaları azərbaycanlı gəncin ifasını bəyənərək onu I dərəcəli diploma layiq görüblər. K.Krasnitski Həşimi bu ilin mart ayında Çernoqoriyada keçiriləcək beynəlxalq müsabiqəyə və ustad dərsinə dəvət edib.

Gənc pianoçu Əməkdar müəllim Kamilla Əmirovanın yetirməsidir, bu uğur münasibətilə onu və müəllimini təbrik edirik.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 12.