Turizm Menecment Universitetində Vətənpərvərlik sərgisi

 

Fevralın 20-də Azərbaycan Turizm Menecment Universitetində (ATMU) 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş rəsm sərgisi keçirilib. Sərgi Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Turizm Menecment Universiteti Art Monarx MMC-nin birgə təşkilatçılığı ilə reallaşıb.

ATMU-nun mətbuat xidmətindən verilən məlumata görə, sərgidə müxtəlif yaş qruplarından olan 80-ə yaxın rəssamın əl işləri nümayiş olunub. Tədbirin sonunda iştiraka görə rəssamlara sertifikatlar verilib. Sərgidə fərqlənən üç rəssam isə Atlas Travel tərəfindən daxili turpaketlə mükafatlandırılıb.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 9.