Şamaxıda turizm infrastrukturu inkişaf edir

 

Ötən il Şamaxı rayonu üçün turizmin inkişafı baxımından uğurlu olub. Prezident İlham Əliyevin iştirakı ilə rayonun Şərədil kəndində müasir standartlara cavab verən beşulduzlu УŞamaxı Palace Platinum by RixosФ hotelinin açılışı ilin ən yaddaqalan hadisələrindəndir.

Bu fikirlər fevralın 20-də Şamaxı rayonunun 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağında səslənib. Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində qeyd olunub ki, son illər rayona gələn turistlərin sayı artmaqdadır. Rayonda turizmin inkişafı istiqamətində görülən işlər çərçivəsində Sağyan kəndində УSakit gölФ istirahət mərkəzi açılıb, Pirqulu zonasında yeni turizm obyekti tikilir. Təkcə ötən il rayona 85 mindən artıq turist gəlib ki, onun da təxminən 14 min 400-dən çoxu xarici ölkə vətəndaşlarıdır.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 9.