Azərbaycan və Sudan universitetlərinin əməkdaşlığı müzakirə edilib

 

Azərbaycan TurizmMenecment Universitetinin rektoru, professor Cəfər Cəfərov fevralın 20-də Sudan Respublikasının ölkəmizdəki səfir-müstəşarı Məhəmməd Osmanla görüşüb. Rektor qonağa təhsil müəssisəsinin fəaliyyəti, xarici əlaqələri, perspektiv planları haqqında məlumat verib. İki ölkədə turizmin inkişaf istiqamətləri müzakirə mövzusu olub. ATMU ilə Sudannın müvafiq ali təhsil ocaqları arasında əməkdaşlıq məsələləri də müzakirə edilib.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 8.