Boyölçüsü

 

Və ya son onsuz da yaxındır, ölüm kimi...

 

Deyəsən, asta-asta gəlib buna çatdıq. Tabuları aşıb, bütləri sındırıb, həqiqətin sadəliyinin, əzəmətin adiliyinin, mürəkkəbliyin təxəyyül əsirliyinin sonuna.

 

Ələlxüsus da müqəddəs deyibən toxunulmaz qılınan dünyəvi kitabların, dastanların, əfsanələrin, miflərin yumağa çevrilib əlimizdə dolaşıq düşmə anı çözüldü. Yəni artıq kimsə tamaşa zalında oturub Dədəm Qorqudun əsrlər əvvəl dediyi söyləmələri anlayıb-anlamadan gözünə təpməyəcək, hər birini daban-dabana ziddiyyətli yaşamına pərçimləmək kimi zülmə qatlaşmayacaq. Sadəcə azad şəkildə ya onu anladığı kimi dərk edəcək, ya da adi zarafat, zamanın “mesaj”ı kimi qavrayacaq.

Hamı axmaq bir xəyalına - əbədi yaşamaq kimi anlaşılmaz, elə həm də anlaşılan bədheybət arzusuna güləcək. İstəyən ağlaya da bilər. Çünki bunu içindən keçirib, çirkablar dünyasında əbədiyyət istəyən ya divanədir, ya da sadəcə Dərviş. Kim necə anlasa, elə də yaşayacaq. 75 dəqiqəni, yəni dərvişləşmədən divanəliyə olan intervalı. Harda? Yaxşı mənada bu çölçü təsəvvürlərin dünyasında, dairəvi məkanda, alçaq hücrədə, bizim Yuğ deyilən ünvanda. Bir zəhmət, gedib baxın. Baxın ki, rejissorun min dərədən gətirib bir badədə cəm etdiyi həyat suyunudadaonunla özünüzdəki həyat eşqinə, əbədiyyət sevgisinə bir ad verə biləsiniz...

Bu günlərdə “Yuğ” Dövlət Teatrında “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanmış “Boy” tamaşasına baxdıq. Birhissəli mifoloji səyahət kimi təşkil olunan, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Tərlan Əngin, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissoru Ər-Toğrul, musiqi tərtibatçısı isə Mələk Vəlizadədir.

Səhnə əsərində hər halı ilə insan, onun ideyaları, arzuları, gələcəyə baxışları dartışıldı, çözələndi və yaxşıca haçalandı. Yəni bu haçalanmada kimsə özünə qayıtdı, kimsə özünü itirdi, kimsə də tamaşanın sirr, düyün, bütün bəlaların mənbəyi kimi götürülən mələk donlu ifritələrin - qadınların əlindəki yumağa dolanıb azıb qaldı. “Biz hansındanıq, pərvərdigara!” deməmiş də yenə o səs -

Allah-Allah diməyincə işlər olmaz...

Qadir Tanrı verməyincə ər bayımaz...

Əzəldən yazılmasa, qul başına qəza gəlməz...

Əcəl vədə irməyincə kimsə ölməz...

Ölən adam dirilməz...

Çıxan can geri gəlməz”, - eşidildi.

Çoxumuz boynumuza almasaq da, o ölümsüzlüyü xəyal edirik. Həm bunun elə məhz ölümdən keçdiyini beynimizin bir kənarındagizlətsək. Deməli, biz ölmək istəmədiyimiz halda ölürük, doğulmaq istəmədiyimiz halda dünyaya gəldiyimiz kimi. Hər halda, qısa ömrü uzunçu arzularla yaşayan divanəlik kimi gerçəyimizdə çapaladığımız kimi, bu tamaşada da əbədiyyətin ölümlə görüş anının şaqqanaqlı gülüşüeşidildi”.

Tamaşanın müəllifi rejissor intensiyası ilə bağlı qeydində belə bir lakonik izah verir: “Kitabi-Dədə Qorquddastanı uzun illər boyu xalqınnəsihətnaməsikimi dəyərləndirilsə, yaranma tarixi islam dövrü ilə bağlansa da, bu ədəbi mənbəyə artıq arxetipik mətləbləri, sakral mənaları özündə ehtiva edən bəşəri mifoloji düşüncənin nümunəsi kimi yanaşmaq mümkündür. bu cür yanaşma teatr sənəti üçün son dərəcə produktivdir yeni perspektivlər açmaq potensialına malikdir”.

Razılaşmaq olar, çünki istənilən ədəbi material qədər qəliz təəssüratlı olsa, bir o qədər maraqsız görünər. Ona görə qədər imkan var hər oyunu elə oyun, oyunbazlıq kimi göstərməklə tamaşaçını anlayıb-anlamamağı ilə sərbəst buraxmaq gərək. Rejissor elə bu nüansı nəzərə alaraq özünü elə çətinə salmamışdı. Bir növ anlaşılmazlıq komplekslərini bir yana ataraq həm müasir tamaşaçıya xitab etmişdi ki, bunu da modern teatr estetikası baxımından maraqlı cəhd adlandırmaq olar.

Baxılmamalı heç yox idi. Dörd gözəl qadın əllərindəki rəngli yumaqlarla (hərəmiz bir kələfin güdazına gedib sarılırıq bu dünyaya, təbii ki, dünyanın bizi şeytani kələfində yumağa çevirib atdığı dəhşətini anlamadan) hücrədə dövr edirlər. Şaman da, Kölgə öz işində. Yəni tərki-dünyalıq heç yoxdur; XXI əsrdəyik, düz müasirliyin tam ortasında, özü bütün bütləri sındırmış azadə bədəndəyik. Ruh filan da boş şeydir. İndi burada modelində hür halımızdayıq.

Bir məqama da aydınlıq gətirim. Müəllif bu zaman kəsiyində özünü hər bir yaxın mənbədən hali kimi göstərməyi tamaşaçısına həzm etdirə bildi. Çünki o, “Dədə Qorqud”un motivləri ilə kifayətlənməmişdi. Az-çox xəbəri olan anladı ki, burada bütövlükdə dünya mifoloji ədəbiyyatının motivlərinə əsaslanma var: Dörd pəri Kölgə Şamanı dilə tutaraq ölməzlik otunu axtarmağa, öz taleyini tapmağa sövq edir buna gedəcəyi məchul yolda rastlaşacağı həngamələrdən danışırlar. Uzaq məchul səfərə oğlanları ilə gedəcəyini onları dəhşətli sınaqların gözləyəcəyini deyirlər. Səsləri eşitmədiyini düşünən, özünü bir müddət aldadan, əslində əbədiyyət arzusunu guya özündən qovan Şaman, nəhayət, yola rəvan olur. Bu yol deyildiyi kimi ağır olur - dəhşətli sınaqlar, sapınmalar, özünüinkar kimi hər şey gəlir başlarına.

Tamaşada əməkdar artistlər Məmməd Səfa (Şaman), Yaqut Paşazadə (1-ci pəri), aktyorlar Təranə Atacan (2-ci pəri), Könül Cəfərzadə (3-cü pəri), Amid Qasımov (Kölgə), Vüqar Hacı (Təpəgöz) Elgün Həmid (Basat) çıxış edirlər.

Tamaşanın özəyi - Şaman (Məmməd Səfa) emosionaldır, gərgindir, ağıllıdır hiss etdirmək istədiyi qədər uzaqgörəndir. O, Dədə Qorquda çevriləndə öz ampluasındadır dəyişməni xarici görünüşündə qəbul etdirə bilir. Bütün gərgin vəziyyətlərdən xilas üçün əsasından qopuzuna, əzasından alnında muncuqlanan tərinədək canlıdır, bizdəndir.

Basatın Təpəgözü öldürdüyü boy”u canlandıran aktyorlar - pərilər, Təpəgöz onun qatili qəhrəman Basat da sərbəstdir. Onlar hücrənin ortasındakı taxta yığını - gah Nuhun gəmisi, gah Odisseyin qayığı, gah Prometeyin zəncirləndiyi qaya, gah da Təpəgözün mağarası olan taxta parçaları üzərində ətrafında istədikləri oyunu çıxara tamaşaçını intizarda saxlaya bilirlər.

Səhnə əsərindəki pərilər - qadınlar bütün əhvalatların təhrikçisi, fitnə-fəsad mənbəyi, şərin özəyidirlər.Toxunsan yandırar, toxunmasan donarsankimi bəsit yanaşmadan uzaq bir mətləb var: Qadın həyatın başlanğıcı sonun çağırışçısı kimi uçurum kənarı da olur zamanla. Burada da gah yumaq, gah sehrli üzük, gah Təpəgözü öldürəcək xəncər, gah da ehtiras yüküdür onlar.

Ümumiyyətlə, tamaşa əslində yeni bir baxış trayektoriyası cızdı: sən içində “Boy” atan həqiqətləri boğmaqdansa özünü müqəddəs ruh kimi kainata sırımaqdansa, “Boy”undan uzun olmayan yola sapma. Bir-iki arşınlıq yolunla yürü, son onsuz da yaxındır, ölüm kimi...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 6.