Böyük dramaturqun yadigarının yubileyi qeyd olunub

 

Azərbaycanın görkəmli dramaturqu, yazıçı, şair, kinorejissor Cəfər Cabbarlının ev-muzeyində, dahi dramaturqun yeganə yadigarı Gülara Cabbarlının 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev Gülara Cabbarlıya xoş arzularını bildiribnazirliyin mükafatını təqdim edib.

Xalq artistləri Azərpaşa Nemətov, Rafiq Əzimov, Məleykə Əsədova, Mərahim Fərzəlibəyov və başqaları yubilyarı təbrik edərək, Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına bəxş etdiyi bənzərsiz sənət incilərindən söz açıblar.

Tədbirdə poeziya nümunələri və musiqi parçaları səsləndirilib.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 6.