Ağdam teatrında Gecə yarısı soyğunçuluq

 

Ağdam Dövlət Dram Teatrında Miroslav Mitoreviçin Gecə yarısı soyğunçuluq tamaşası nümayiş etdirilib.

Səhnə əsərinin quruluşçu rejissoru Sərvər Əliyev, quruluşçu rəssamı Elman Balakişiyev, musiqi tərtibatçısı Azər Şükürovdur. Rolları Cəmilə Məmmədzadə, Afəridə Sabirqızı, Natiq Aslan, Elşən Cavadov, Nizami Ələkbəroğlu və başqaları ifa ediblər.

Teatrın direktoru Məhəmməd Hüseynov bildirib ki, bu il Əbdürrəhim bəy Haqverdiyevin Kimdir müqəssir, Şarl Perronun Sehrbaz qadın, Üzeyir Hacıbəylinin Ər və arvad operettası əsasında Təzə gəlin tamaşaları da teatrsevərlərə təqdim olunacaq.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 6.