Klassik musiqi axşamı

 

Mədəniyyət və İncəsənət Universitetində musiqi sənəti fakültəsinin müəllimi Nigar Ağayevaonun tələbələri məşhur polyak bəstəkarı Frederik Şopenin əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Tədbirin əvvəlində universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək Şopenin əsərlərindən, onun yaradıcılığının dünya musiqi tarixində yerindən söz açıb.

Sonda Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirməsi, Prezident təqaüdçüsü, hazırda Sankt-Peterburq şəhərində təhsil alan Rüstəm Zeynalov Ferens Listin əsərlərindən ibarət proqramla çıxış edib.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 4.